Cəbhədə iki erməni hərbçisi vurulub
Cəbhə xəttində iki erməni hərbçisi yaralanıb. APA-nın Ermənistanın "razm.info" hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında - Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb. Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır. Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 17hərbçisi öldürülüb, 20-dən çoxu yaralanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
409
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
351
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1039
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1170
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1984
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2088