SOCAR-ın işçisi faciəli şəkildə ölüb
Yanvarın 28-i saat 18:10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə bədbəxt hadisə baş verib. Dövlət Neft Şirkətindən Lent.az-a verilən məlumata görə, özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin sementləyici aqreqat maşinisti, 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. A. Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
14:40
409
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
351
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1039
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1170
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1984
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2088