Azərbaycanda Novruz bayramında 7 gün iş olmayacaq
Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Lent.az-ın məlumatına görə, martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək. Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
OXŞAR XƏBƏRLƏR
16:36
397
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
444
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1361
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1016
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1315
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
711