Elnur Hüseynov “O səs Türkiyə”nin növbəti mərhələsində
"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti dəfə iştirakçılar səhnədə səslərini sınayıblar. APA TV-nin məlumatına görə, “O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan azərbaycanlı müğənni Elnur Hüseynov “çarpaz duel” mərhələsində Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə mübarizə aparıb.
Ebru Gündeşin komandasında olan həmyerlimiz "Karmen" operasından bir parçaı ifa edib.
“O Səs Türkiyə”də ilk çıxışında və duel mərhələsində münsiflərdən “Hə” cavabı alan Elnur bu dəfə auditoriyanın səsverməsinə əsasən də üçlükdə ən çox səs toplayaraq növbəti mərhələyə keçib.
Xatırladaq ki, E.Hüseynov bundan öncəki “birə bir” mərhələsində “Golden Eye” mahnısını ifa etmiş və qalib olmuşdu.
OXŞAR XƏBƏRLƏR
14:40
409
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
350
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1038
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1170
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1984
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2088