Keşlədə qanlı dava: qəsəbə sakini bıçaqlandı
Ötən gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1984-cü il təvəllüdlü İbrahimov İsmayıl Adil oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Yaralı təcili əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, İsmayıl İbrahimov bel nahiyəsindən bir neçə bıçaq zərbəsi alıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. Polis əməkdaşları İsmayıl İbrahimovu bıçaqlayıb qaçan şəxsin axtarışlarına başlayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
409
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
350
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1038
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1170
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1984
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2088