Britaniya hökuməti "Kəlbəcər girovları" ilə bağlı "məhkəmə" qərarını tanımır
Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma “Dağlıq QarabağRespublikası”nı tanımadığını bəyan edib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib. Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.
Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib.
Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb