İsmayıllıda yaşayış evi yanıb
İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Güyüm kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Nəzakət Bəkirovaya məxsus ümumi sahəsi 124 kvadratmetr olan kürsülü, birmərtəbəli, 3 otaq və aynabənddən ibarət ev içəridəki əşyalarla birgə yanıb. Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
495
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
460
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1113
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1174
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1987
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2091