Bakıda məktəbli qıza hücum edən şəxs tutulub
Xətai rayonu ərazisində məktəbli qıza fiziki təzyiq göstərən şəxs tutulub. APA TV-nin xəbərinə görə, Zığ şosesində 15 yaşlı qızı əvvəl blokun girişində, sonra isə evinə soxularaq, orada döyən Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədov yaxalanıb. 2 uşaq atası olan Rəşad Məmmədov ilkin ifadəsində bildirib ki, avtobusda məktəbli qızla aralarında mübahisə yaranıb. Nəticədə o, qızı döyüb.
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən isə bildirilib ki, saxlanılan şəxs məktəblini güdüb və ətrafda heç kimin olmadığını dəqiqləşdirəndən sonra ona fiziki təzyiq göstərib. Təqsirləndirilən şəxsin məktəblini necə təqib etməsi müşahidə kameralarının yaddaşına düşüb:
İlkin ehtimala görə, bu Rəşad Məmmədovun ilk əməli deyil. Onun başqa şəxslərə qarşı bənzər hərəkətlər etdiyi istisna olunmur.
Qeyd edək ki, Xətai rayon sakini olan Rəşad Məmmədov idmançıdır və ailəlidir. Onun barəsində Cinayət Məcəlləsinin 221.1 və 127-ci (az ağır xəsarət yetirmə) maddələri cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb