Bakı metrosunda nasazlıq: qatarların hərəkətində gecikmə yaranıb
Bu gün səhər saat 08:26-da metronun “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, nəticədə qatar təxminən 10 dəqiqə gecikib. Metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib. Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda gecikmə yaranıb.
O, qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
495
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
460
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1113
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1174
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1987
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2091