Bakıda yarışa çıxan "Mercedes" yük maşını ilə toqquşdu
Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində yük və minik maşınları toqquşub. APA TV-nin məlumatına görə, gecə saatlarında "Mercedes" markalı iki avtomobil prospektdə yarışa çıxıb. Yüksək sürətlə hərəkətdə olan maşınlar yolun təmir işləri gedən hissəsinə çatıblar və Vüqar Həsənovun idarə etdiyi "Mercedes" Şaiq Behbudovun idarə etdiyi "Shacman" markalı yük maşınının qarşısına çıxıb və qəza baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobillər yararsız hala düşüb.
Qəza baş verən ərazidə avtonobil sıxlığı yaranıb.
Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
495
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
460
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1113
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1174
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
1987
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2091