Bakı dəirəvi yolunda zəncirvari qəza olub, 4 nəfər yaralanıb
Gecə saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, Orxan Tağızadə idarə etdiyi “Toyota” markalı avtomobillə Lökbatan dairəsindən şəhər istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistraldakı arakəsməyə çırpılaraq, hərəkətdə olan "VAZ 2107" markalı avtomobilin üstünə aşıb. Baş verən qəza bununla bitməyib. "Toyota"nın akkumulyatoru avtomaşından çıxaraq yol kənarında dayanan "Ford" markalı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində "Toyota"nın sürücüsü və avtomobildə olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?