Şəmkirdə 4 min cücə yanaraq tələf olub
Şəmkirin Seyfəli kəndində quşçuluq fermasında yanğın baş verib. Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 26-da saat 20.00 radələrində qeydə alınıb. Kənd sakini Yaqub Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alov fermanın tavanının 80 kvadratmetr hissəsini yararsız hala salıb və fermada olan 4 minə yaxın quş tələf olub: "4 min cücə almışam. 5-3 qəpik dolanışığım üçün saxlayırdım. Sobanı yandıranda yerə qığılcım düşüb. Gəlib baxdım ki, yerdən alov qalxıb".
Hadisə yerinə Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarısı alınıb. 4 minə yaxın quş yanmaqdan xilas edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb