Təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. APA TV-nin yerli bürosunun məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Kürdəmir şəhərində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlər əsasən yeni məktəblərin tikintisi, tədris müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, işədüzəlmə, tədris müəssisələrində yaş həddi, iş yerinə bərpa olunma, dərs saatlarının artırılması, təhsil haqqında sənədlərin tanınması, təhsil haqqının ödənilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir çoxu elə yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi müraciətlərlə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyi səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb. Qəbulda 57 nəfər vətəndaşın müraciətinə baxılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb