Con Kirbi: "İraqın ərazisinin 55 min kv.km-i İŞİD-in nəzarətindədir"
"İraq torpaqlarının 55 min kvadrat kilometri İŞİD terrorçularının əlindədir".
APA TV-nin xəbərinə görə, bunu Pentaqonun rəsmisi Con Kirbi birifnqdə bildirib. Onun sözlərinə görə, İraq hökumətinin tam nəzarətində olan ərazi 77 min kvadrat kilometrdir. Kürd gücləri isə ölkənin 56 min kvadrat kilometrinə nəzarət edir. İraqın geridə qalan ərazilərində isə hər hansı güc tam hakim deyil.
Kirbi İŞİD-in son 6 ayda İraq və Suriyada kiçik ərazilər itirdiyini, terrorçuların daha çox müdafiəyə çəkildiyini deyib. Hava zərbələrinin azalmasına səbəbini də bu olduğu qeyd edilib.
Kirbi İŞİD terror qruplaşmasının sıralarında 20-30 minədək silahlının olduğunu açıqlayıb. “İŞİD sıralarında döyüşən silahlıların dəqiq sayını müəyyən etmək çətindir, bu rəqəm təxminən 20-30 min civarındadır. Bu rəqəmlər daim dəyişir”, deyə Pentaqon rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb