Quş yuvaları ilə bəzənmiş ağaclar - QEYRİ-ADİ GÖRÜNTÜ
Kürdəmirin Şilyan kəndində İlqar Qocayevin həyətindəki ağaclar görənləri heyran edir. APA TV-nin xəbərinə görə, təxminən 60 ilə yaxın yaşı olan armud ağacının üzərindəki 100 yaxın yuvanın 30-dan çox yaşı var. Yuvaların bəziləri ayrı, bəziləri isə biri-birinə yaxın qoyulub. Ən maraqlısı isə bəzən quşların öz yuvalarını ağacın ən nazik budağında qurmasıdır. İndi qış olduğundan yuvalar boşdur.
Armud ağacı ilə yanaşı, həyətin 10 yaxın qovaq ağacında da quşların kütləvi yuvalarına rast gəlinir. Bu ağaclar daha cavandır, təxminən 10 illik.
Kənd sakinləri deyir ki, adətən bu yuvaları sığırçın, bülbül, sarıköynək və sərçə kimi köçəri quşlar yazda yumurta qoyarkən tikir. Bəzi yuvalar dağılsa da, köçdən dönən quşlar yenisini eyni yerdə qurur. Ən gözəl görüntülər də məhz onda yaşanır. Yuvaların müxtəlif quşlara aid olmasına baxmayaraq, hamısı eyni formadadır. Beləcə ağac onların daimi yuvasına çevrilib. Yuvaların uzunmüddətli olması isə ev sahibinin rəhmindən asılıdır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb