Permyakovun qisasını almaq istəyən 4 erməni rus hərbçini qətlə yetirdi
Rusiyanın Stavropol vilayətinin Mineralnıye Vodı şəhərində bir neçə erməni rus hərbçini qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə karaoke-barların birində baş verib. Əvvəlcə Minvod sakinləri olan ermənilərlə Rusiya hərbçisi, 26 yaşlı Dmitri Sidorenko arasında narazılıq yaranıb. Mübahisəyə Gümrüdə rus hərbçi Valeri Permyakovun bir erməni ailəsini qətlə yetirməsi səbəb olub. Tərəflər mübahisəni küçədə davam etdirmək qərarına gəliblər. Mübahisə zamanı hərbçi yoldaşları Sidorenkonun köməyinə gəliblər. Bu vaxt ermənilərdən biri üzərində gəzdirdiyi bıçağı çıxararaq rus hərbçinin sinəsinə bir neçə zərbə endirib. Dmitri Sidorenko hadisə yerində keçinib. Davada iştirak edən 9 nəfər saxlanılıb. Hərbçini öldürən 23 yaşlı Minvod sakini Mixail Qriqoryan isə qaçmağa müvəffəq olub. Araşdırma zamanı məlum olub ki, bu, qətli törətmiş Mixail Qriqoryanın ilk cinayəti deyil. O bundan əvvəl bir dəfə "qaraçı taboru"na silahlı hücum edib. Əvvəllər də həbsxana həyatı yaşayan erməni hazırda axtarışa verilib. Qətlə yetirilmiş rus hərbçi anadan olduğu Dağıstanın Tarumovka kəndində dəfn ediləcək. Ermənilərin öldürdüyü rus hərbçi ailəli olub və kiçik yaşlı qızı yetim qalıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb