Sərxoş sürücü aeroport yolunda qəza törətdi
Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb. Qəza zamanı Kərim Mirzəyevin idarə etdiyi "Mercedes" Elman Əliyevin idarə etdiyi "VAZ 2107"ə arxadan çırpılıb.
Hadisə şahidlərinin APA TV-yə verdikləri məlumata görə, qəzaya "VAZ 2107" ilə ara məsafəsi saxlamayan "Mercedes"in sürücüsü səbəb olub. Qəza zamanı sürücülər xəsarət almasa da? hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Kərim Mirzəyev sərxoş olduğundan o, həkim müayinəsinə cəlb olunub.
Qəza ilə bağlı aeroport yolunun bu hissəsində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb. Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb