Bakıda qırmızı işıqda keçən "Mercedes" "Porsche"yə çırpıldı
Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə və Məhəmməd Xiyabanı küçələrinin kəsişməsində qeydə alınıb. Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında hərəkətini davam etdirib. Qaydanı pozan avtomobil Məhəmməd Xiyabanı küçəsindən Şərifzadə küçəsinə doğru hərəkətə başlayan başqa bir "Mercedes"ə və sürücüsü qadın olan "Porsche" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Mercedes"lər yarasız hala düşüb. Onlardan birinin Nicat adlı sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım avtomobili ilə ağır vəzyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, soyadını dəqiqləşdirmək mümkün olmayan sürücü əməliyyat olunub.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, araşdırmalara başlanılıb. Qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?