Bakıda "İnfiniti" qəza törətdi: 1 yaralı
Bakının Binqədi rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb.
İlqar Cümşüdov küçəsi ilə hərəkətdə olan və Uğur Mahmudovun idarə etdiyi "İnfiniti" markalı avtomobil yol kənarında dayanan "Kia" markalı maşına çırpılıb. Həmin vaxt avtomobildə olan sürücü Vüsal Əliyev yüngül xəsarət alıb.
Qəza nəticəsində hər iki maşına ziyan dəyib. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib. Sürücülərin ifadələri alınıb.
Qəzanın dəqiq səbəbi araşdırmaların yekununda məlum olacaq. Amma ilkin versiya bundan ibarətdir ki, "İnfiniti" markalı avtomobilin sürücüsü Uğur Mahmudov yol hərəkəti qaydalarını pozub və yol verilən sürət həddini aşıb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?