Suriyada daha bir iranlı general öldürülüb
İsrail ordusunun Suriya ərazisinə hava hücumu nəticəsində iranlı general həlak olub. İran tərəfi generalın ölümünü təsdiqləyib. Öldürülən generalın adının Məhəmməd Əli Allahdedi olduğu bildirilir. O, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandanlarından olub. Allahdedinin Suriya hökumətinə Sələfi terrorçularla mübarizədə yardım etdiyi qeyd olunub.
İnqilab Keşikçilərinin internet saytında yayılan açıqlamada İsrailin hücumu nəticəsində 6 Hizbullah üzvünün də öldürüldüyü bildirilib. Onların arasında İsrail tərəfindən 2008-ci ildə öldürülən Hizbullah lideri İmad Muğniyənin oğlu Cihad Muğniyə də var.
APA TV-nin xəbərinə görə, İsrail ordusuna aid helikopter dünən Holan təpələrindəki Kuneytra şəhərində Hizbullaha aid üç avtomobilə atəş açıb. İsrailli rəsmilərdən biri terrorçuların hədəf alındığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb