Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb
"İqdır Azərbaycan Evi" Dərnəyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmaları üçün imzatoplama kampaniyasına başlayıb. Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, iğdırlı jurnalist Sərdar Ünsal APA TV-yə bildirib ki, kampaniya fevralın 26-dək davam edəcək. Toplanan imzalar Türkiyə prezidenti və baş nazirinə göndəriləcək: "Yanvarın 17-dən imzatoplama kampanyasına başlamışıq. Bütün iqdırlıları kampanyaya dəvət edirik. Məqsəd Ermənistanda girov saxlanan Azərbaycan türkləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin sərbəst buraxılmaları üçün ictimai təzyiq formalaşdırmaqdır.
Sağlam düşüncə sahibi olan insanları bu kampanyaya qatılmalağa dəvət edirik".
S.Ünsal əlavə edib ki, Azərbaycanın erməni işgalı altında olan Kəlbəcər bölgəsinə - vətən toprağını görməyə, anasının məzarını ziyarət etməyə gedən Dilqəm Əsgərov ve Şahbaz Quliyevin Ermənistan Silahlı Quvvələri tərəfındən girov saxlanıb həbs cəzasına məhkum edilmələri qəbuledilməzdir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb