Azərbaycan vətəndaşı Rusiyada biznesmenin oğurlanmasında təqsirləndirilir
Rusiyanın Surqut şəhərində Azərbaycan vətəndaşı biznesmenin qaçırılmasında təqsirləndirilir. APA-nın uralinform.ru saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 16-da baş verib.
49 yaşlı yerli sahibkar Barat Əkbərov naməlum şəxslər tərəfindən qaçırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında “Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb. Polisə avtomobilin Azərbaycan vətəndaşına məxsus olduğu məlumdur.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Barat Əkbərovu məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırıblar.
OXŞAR XƏBƏRLƏR
14:40
797
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
749
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1377
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1199
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2014
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2115