Vicdansız valideynlərə dərs: sahibsiz pişik küçəyə atılan körpəni xilas etdi
Rusiyanın Obninsk şəhərində heyrətamiz hadisə yaşanıb. Sahibsiz pişik küçəyə atılmış 3 aylıq körpəni xilas edib. Vesti.az-ın məlumatına görə, artıq "Maşka" adı verilən pişik körpənin kəskin şaxtada donmasına imkan verməyib. Pişik karton qutuya qoyulmuş körpəni saatlarla qucaqlayıb. Heyvan eyni zamanda ətrafdakı insanları xəbərdar etmək üçün səsini kəsməyib. Nəhayət, "Maşka" istədiyinə nail olub. Uşağı yaxınlıqda yaşayan sakinlər görüb və xəstəxanaya xəbər veriblər. Həkimlər körpəni müayinə etdikdən sonra onda donma əlamətinin olmadığını bildiriblər. Ən maraqlısı isə budur ki, körpəni təcili yardım xidməti apararkən pişik maşının arxasınca xəstəxanaya qədər qaçıb. Hazırda polis uşağın valideynlərini axtarır. "Maşka" isə artıq həyət sakinlərinin əllərində gəzir. Qonşular onu o qədər yedirdiblər ki, heyvanın qarnı şişib. Bu maraqlı hadisə barədə dünyanın nüfuzlu xəbər agentlikləri də məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb