1 kq tiryəklə tutulan şəxs: "Çox peşmanam"
Sumqayıtda 1 kiloqramdan dan çox narkotik vasitə olan tiryəki satmaq istəyən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 31 yaşlı Elşən Məmmədov sübhəli şəxs qismində istntaqa cəlb edilib. O, şəhərin 41-ci məhəlləsində 1,25 kq tiryəklə tutulub. Elşən Məmmədovun Sumqayıtın "Beton zavodu" adlanan ərazisindəki "gecəqondu" məhəlləsində yaşadığı mənzilə baxış keçirilən zaman narkotikin bişirilib hazırlanması üçün bir ədəd qazan və bir neçə ədəd inyeksiya aləti aşkar edilərək maddi subut kimi götürülüb.
Saxlanılan şəxs hərəkətlərindən peşiman olduğunu etraf edib. O, tiryəki satmaq niyyəti ilə yox, şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb