Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin yaxınlığında yaşayanlar üçün vacib xəbər
Bakı şəhər İcra Hakimiyyəti I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə yaşayan vətəndaşlara müraciət edib. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, müraciət I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə, küçə kəsişmələrində yerləşən yaşayış binalarında yaşayan sakinlərin öz avtomobilləri ilə təyin olunmuş marşrut üzrə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.
Müraciətdə bildirilir ki, sakinlər Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin fərqləndirici buraxılış nişanlarının alınması üçün ərazi üzrə Mənzil İstismar Sahələrinə və kooperativ yaşayış komplekslərinin rəhbərliklərinə yanvar ayının 31-dək müraciət etməlidirlər.
Cədvəl əlavə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb