Bakıda keçiddən istifadə etməyən piyada qəzaya səbəb oldu
Ötən gecə Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Prospektlə hərəkətə edən Orxan Elşən oğlu Salmanovun idarə etdiyi "BMW" markalı avtomobilin qarşısına qəfil piyada çıxıb. Üzü şəhər istiqamətində hərəkət edən sürücü keçiddən istifadə etməyən piyadanı vurmamaq üçün maşını qəfil sola çəkib. O, əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra qarşı yola çıxaraq, yol kənarındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb.
Avtomobilin yanma təhlükəsi yarandığından Fövqəladə Hallar Nazirliyin "112 qaynar xəttinə məlumat verilib. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobilin tüstüləyən ön hissəsinə su vurublar. Daha sonra yola dağılan yanacaq yuyulub.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da gəliblər. Sürücü içki testinə cəlb olunub. Məlum olub ki, o, spirtli içki qəbul etməyib. Qəza nəticəsində yolda sıxlıq yaranıb. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb