Sumqayıtda 7 otaqlı evdə partlayış olub, 28 yaşlı qız ölüb
Sumqayıtda yaşayış evində partlayış olub. APA TV-nin məlumatına görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib, ev deformasiyaya uğrayıb.
Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.
Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb