Salyanda sürücü sükan arxasında ölüb
Salyan rayonunda sürücü sükan arxasında ölüb. APA TV-nin xəbərinə görə, hadisə bu gün səhər saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb. Stansiya yaşayış massivinin sakini, 47 yaşlı Asiman Tağıyev idarə etdiyi "VAZ-2115" markalı minik avtomobili ilə şəhərin mərkəzinə doğru hərəkət edərkən anidən idarəetməni itirib, yolun kənarındakı 51 yaşlı Etibar Hümbətova məxsus "Mercedes" markalı maşına çırpılıb. Nəticədə avtomobilin ön hissəsi əzilib. Sürücü isə sükan arxasında dünyasını dəyişib.
Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə sürücünün meyiti daxili və xarici müayinəyə aparılıb.
Yaxınlarının dediyinə görə, 3 uşaq atası olan Asiman Tağıyev 10 ildir, ürək xəstəliyindən Əziyyət çəkib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb