İmişlidə azyaşlı doğum günündə qəzada öldü
İmişlidə azyaşlını doğum günündə avtomobil vuraraq öldürüb. Şəhər Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Ağsu-Kürədmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb. Rayonun Saraxanlı kənd sakini Quliyev Sabit İfəndiyar oğlu idarə etdiyi “Mercedes” markalı 99 BF 122 dövlət nömrəli avtomobillə Şahverdili kənd sakini, 2004-cü il təvəllüdlü İmaməddin Elbəy oğlu Allaverdiyevi vurub. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı bədən xəsarətlərindən xəstəxanada ölüb. Azyaşlının babası Nizami Allahverdiyev nəvəsinin ad günü olduğunu bildirib: "Qisməti bura qədər idi. Biz axşam onun ad gününü qeyd edəcək".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb