Tovuzda 10 otaqlı yaşayış evi yanıb
Tovuzda yanğın hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 210 kvadratmetr olan, birmərtəbəli 10 otaqlı evdə qeydə alınıb. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 55 kvadratmetr sahədə və evə bitişik ümumi sahəsi 25 kvadratmetr olan ərzaq mağazasının yanar konstruksiyaları içərisində olan mallarla birgə yanıb. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb edilib. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Mağazada dəyəri 30 min manata yaxın ərzaq mallarının yandığı bildirilir.
Yanğının baş vermə səbəbləri aparılacaq araşdırmadan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
886
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
837
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1458
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1206
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2018
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2120