Sabah Bakıda 13 dərəcə isti olacaq
Yanvarın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 9-13 dərəcə isti olacaq.
Rayonlarda da yağmursuz hava şəraiti hökm sürəcək, səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub zonasında isə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir dağlıq ərazilərdə güclənəcək.
Temperatur Aran rayonlarında gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?