Ermənistanda kütləvi aksiyalar başladı: Rusiya, Ermənistandan rədd ol!
İrəvanın mərkəzindəki Azadlıq meydanında 100-lərlə erməni rus hərbçi tərəfindən Gümrüdə qətlə yetirilən ailənin xatirəsinə şamlar yandırıb. Vesti.az-ın məlumatına görə, aksiya iştirakçıları dəstələr şəklində meydana gələrək xüsusi düzəldilmiş guşəyə güllər və oyuncaqlar düzüblər. Meydanda ermənilərin etiraz ifadələri yazılmış plakatlar da asılıb. Həmin plakatlarda "Rusiya, əlini Ermənistandan çək!", "Ya Ermənistan məhkəməsi, ya da vətənimizdən rədd olun!" şüarları yazılıb. "Artıq iki gündür bizim hakimiyyət hadisəyə heç bir reaksiya vermir. Bütöv bir ailə qətlə yetirilib, yalnız körpə möcüzə nəticəsində ölməyib, bizə heç kəs öz yurddaşlarımızın xatirəsini yad etməyə qadağa qoya bilməz. Bu tədbir Gümrüdə də təşkil olunacaq" deyə aksiya təşkilatçılarından biri Sergey Karamyan bildirib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb