Bakıda dörd rayona yeni polis rəisləri təyin edildi - SİYAHI
Daxili İşlər Nazirliyi sistemində yeni təyinatlar olub.
APA TV-nin əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Bakının Nərimanov, Xətai, Yasamal və Sabunçu rayonlarına yeni polis rəisləri təyin edilib. Nərimanov rayon Polis İdarəsinin rəisi Muradəli Babayev Xətai rayonuna, Xətai rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılov Yasamal rayonuna, Yasamal rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov isə Sabunçu rayonuna polis rəisi təyin edilib. Xatırladaq ki, Sabunçu rayon polis idarəsinin rəisi Cavanşir Babayev isə bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov isə vəzifəsindən azad olunaraq Nərimanov rayonuna polis rəisi təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb