Media nümayəndələri Qazaxın ön cəbhədə yerləşən kəndlərində olublar
Media nümayəndələri Qazax rayonunun ön cəbhədə yerləşən kəndlərində olublar. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ön cəbhədə xidmət edən əsgərlər Azərbaycan ordusunun yüksək əhval-ruhiyyədə olduğunu və düşmənə hər an layiqli cavab verildiyini bildiriblər.
Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu kəndlər, mülki əhali, təsərrüfat sahələri, vətəndaşların şəxsi əmlakı, o cümlədən heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlər iri çaplı pulemyotlardan, minaatan və qumbaraatanlardan atəşə məruz qalıb.
Ordumuzun cavab atəşi ilə düşmən susdurulub.
Jurnalistlər Qazax rayonunun təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə də baş çəkiblər. Bu kəndlərin sakinləri ermənilərin mütəmadi olaraq, atəşkəs rejimini pozduğunu, mülki əhalini və evləri atəşə tutduqlarını bildiriblər. Buna baxmayaraq, əhali öz işinə davam edir, həmin kəndlərdə həyat öz axarı ilə davam edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb