Mingəçevirdə ana doğuş zamanı ölüb
Mingəçevir şəhərində doğuşdan sonra ölüm hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə ötən gecə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Hümbətova Esmira Rafiq qızı normal doğuş sancıları ilə xəstəxanaya gətirilib. Təbii doğuş yolu ilə övladını dünyaya gətirən qadının vəziyyəti təxminən 20 dəqiqə sonra pisləşib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyət isə normal qiymətləndirilir.
Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
900
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
852
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1471
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1209
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2021
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2122