Bakıda çayxanada qətl törədənlərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ənvər Həsənov, Şücai Qulam və Pərviz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ənvər Həsənov 15 il, Şücai Qulam 15 il və Pərviz Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında Bakıdakı “Magic Club” çay evində işləyən Ənvər Həsənov həmin çay evinə müştəri qismində gələn Məmmədzadə Səttar Fərəməz oğlunu mübahisə zəminində bıçaqlayaraq öldürüb.
Müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov ora gəliblər. Öz aralarında söhbət edərkən həmin vaxt orada olan Qulam Şücai onların “Vorovski” qəsəbəsində yaşadığını bilib. Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmdə məşhur olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamlar tanımadıqlarını deyiblər. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Pərviz Səttarın çənəsindən vuraraq ona xəsarət yetirib. Ənvər isə bıçaqla Səttara 9 zərbə endirib. Yaralı Mərkəzi Kliniki Xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb