İmişlidə qəza: bir ailənin 3 üzvü yaralandı
İmişlidə bir ailənin 3 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 101-ci kilometrliyində, rayonun Bəhrəmtəpə qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Ağcabədi sakini, 56 yaşlı Yelmar Məmişovun idarə etdiyi "Mercedes" öncə dairəyə çırpılıb, sonra yoldan çıxaraq kənara düşüb. Nəticədə avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Qəza zamanı sürücü və avtomobildə olan ailə üzvləri, 52 yaşlı Zəhra Məmişova, 29 yaşlı Münasib Məmişov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Təcili-Təxirəsalınmaz tibbi yardım stansiyasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb