Azərbaycan Ordusu suveren ərazilərində ixtiyarındakı istənilən texnikadan istifadə edir - RƏSMİ
Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında bu gün cəbhə xətti üzərində Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması barədə yer alan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan öz suveren ərazilərində ixtiyarında olan istənilən texnikadan – pilotsuz uçan aparatlardan, helikopter, təyyarə, kosmik peyk və digər vasitələrdən istifadə edir. Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işal etmiş Ermənistan üçün də yeni xəbər deyil.
"Öz ərazilərimizdə nədən istifadə edib-etməməyi separatçı-marionet rejimdən soruşmaq fikrimiz də yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək» deyə nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?