Ağstafada dünən nişanlanan oğlan qəzada öldü
Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb. Ağstafa rayon Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü ölüb, maşında olan sərnişinlər - Aşağı Kəsəmən kənd sakinləri, 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, ölən Elçin Məmmədovun dünən nişan mərasimi olub.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
905
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
856
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1476
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1209
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2021
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2123