Mingəçevirdə 14 yaşlı qız dəm qazından ölüb
Mingəçevirdə 14 yaşlı qız dəm qazından boğulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin məcburi köçkünlər yaşayan “Yeni həyat” qəsəbəsində qeydə alınıb. Şəhər Polis Şöbəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü Türkanə Abdullayevanın meyiti yaşadığı evin hamamında tapılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində müayinə edilib.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Qızbəsti Hüseynova deyib ki, qohumları onun dəm qazından zəhərləndiyini deyib.
Məlumata görə, Türkanə Abdullayeva kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından boğulub.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
905
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
856
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1476
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1209
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2021
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2123