Bakı dairəvi yolunda əvvəlki sürət həddi qaytarılıb
Bakı dairəvi yolunda sürət həddi əvvəlki həddə qaytarılıb. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, bununla da adıçəkilən yolda sürət həddi əvvəlki kimi sağ zolaq üçün 90 km/saat, sol və orta zolaq üçün isə 110 km/saat olacaq.
Qurum rəsmisi əlavə edib ki, sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti əsasında məhdudlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı dairəvi yolunda sürət həddi məhdudlaşdırılıb. Adıçəkilən yolun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ zolaq üçün 60 km/saat, sol və orta zolaq üçün isə 80 km/saat göstərilib.
OXŞAR XƏBƏRLƏR
14:40
905
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
856
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1476
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1209
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2021
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2123