Şabranda “VAZ 2106” “Nissan”la toqquşdu: 1 ölü, 4 yaralı
Yanvar ayının 11-i axşam saatlarında Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatlna görə, “VAZ 2106” markalı avtomaşınla “Nissan Tiida” markalı maşın toqquşub. Qəza nəticəsində “VAZ 2106”-da olan Azad adlı bir nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar “Nissan Tiida”nın sürücüsü Məmmədov Ehtiram Məmmədhüseyn oğlu, “VAZ 2106”da olanlar - Əliyev Emin Vahid oğlu, Məhərrəmov Rafael Feyruz oğlu və Nadirov Rəsul Elman oğludur. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
905
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
856
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1476
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1209
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2021
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2123