İŞİD iranlı komandanı öldürdü
İran ordusunun komandanı İraqda "İraq Şam İslam Dövləti" terror təşkilatı ilə atışmada öldürülüb. APA TV xəbər verir ki, məlumatı İranın "Fars" agentliyi yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından olan Mehdi Novruzi İraqın Samirə şəhərində terrorçularla döyüş zamanı həlak olub.
Mehdi Novruzinin cənazəsi ötən gecə Kirmanşah şəhərinə aparılıb.
Xatırladaq ki, ötən həftənin cümə günü iranlı əsgər Hüseyn Əhmədi Suriyada İŞİD tərəfindən öldürülüb. O, Elburz əyalətinin İşituhard qəsəbəsində torpağa tapşırılıb.
Qeyd edək ki, İran İraq və Suriyadakı döyüşlərdə hərbçilərinin iştirakını dəfələrlə təkzib edib. Rəsmi Tehran bəyan edib ki, İŞİD terror təşkilatı ortaya çıxdıqdan sonra müqəddəs məkanları qorumaq, ölkə ordularına və könüllülərə hərbi təlim keçmək məqsədilə bölgəyə hərbçilər göndərilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb