Yasamalda özünü yandıran gəncin idman-mərc oyunlarında uduzduğu ehtimal edilir
Baş Prokurorluq yanvarın 8-də Yasamal rayonunda baş verən intihar hadisəsi ilə bağlı mətbuat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə, Kamran Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin intiharın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, yanvarın 8-də Yasamal rayonunda Mirzağa Əliyev 108 ünvanında sökülmüş evin otağında 1 kvadratmetr sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?