Yasamalda dəhşətli qəza: 8 yaralı
Bu gecə paytaxtın Yasamal rayonu ərazisində 8 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Tbilisi prospektində Nəqliyyat Nazirliyinin yanında qeydə alınıb. Prospektlə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobil qəflətən yoldan çıxaraq, iki yol arasındakı dirəyə çırpılıb. Daha sonra isə qarşı yola keçərək "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər - 50 yaşlı Hümbət Hüseynov, 29 yaşlı Elməddin Şabanov, 30 yaşlı Sərhət Nəbiyev, 27 yaşlı Rəvan Əbilov, 24 yaşlı İlham Həsənov, 28 yaşlı Zaur İsmayılov, 33 yaşlı Tehran Baqişov və şəxsiyyəti hələlik məlum olmayan bir nəfər klinik tibbi mərkəzə çatdırılıb. Onlardan 3-ü reanimasiya şöbəsinə yerləşdirilib. 3-ü isə ambulator müayinə üçün evə buraxılıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, müvafiq ekspertizalar təyin olunub. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb