Fransada terror aktı törədən Kuaşi qardaşları öldürüldü
Ötən gün Fransa xüsusi xidmət orqanları Səid və Şərif Kuaşi qardaşlarının tutulması üçün əməliyyata başlayıb. APA TV-nin məlumatına görə, Dammarten şəhərində mətbəədə gizlənən qardaşlar mətbəənin sahibini girov götürüblər. Hadisə yerinə xeyli polis qüvvəsi və helikopterlər cəlb olunub. Bir müddətdən sonra polis əməliyyata başlayıb və güclü partlayış səsləri eşidilib. “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edən Şərif və Səid Kuaşi qardaşları məhv edilib. Qardaşların girov saxladığı mətbəənin sahibi isə xilas edilib.
Xatırladaq ki, yanvarın 8-də silahlılar “Charlie Hebdo” nəşrinin redaksiyasına hücum edərək ofisdə olanlara atəş açıblar. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
14:40
975
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
925
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1546
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1212
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2025
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2126