Baş Prokurorluq Bakıda 2 qardaşın qətli ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Bakıda iki qardaşın güllələnərək öldürülməsi faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahla Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobildə olan qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını qəsdən öldürüb və hadisə yerindən qaçıb. Dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb