Sabunçu rayon polis idarəsinin rəisi işdən çıxarıldı
Bakıda daha bir polis rəisi işdən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Bakının Sabunçu rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR
16:36
233
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
278
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1259
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
1006
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1306
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
701