Bakıda iki maşın toqquşdu: 5 yaralı
Ötən gecə Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Kürdəxanı istiqamətində yüksək sürətlə hərəkət edən "BYD" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib. Bu zaman arxadan gələn "VAZ-2107" markalı avtomobilin sürücüsü də sürəti nizamlaya bilməyib və "BYD"-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
İlkin ehtimala görə, qəzaya həm "BYD", həm də "VAZ-2107" markalı avtomobillərin sürücülərinin hava şəraitini nəzərə almaması səbəb olub. Hər iki maşın cərimə meydançasına qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb