Bakıda iki yük maşını toqquşub
Ötən gecə Bakıda iki yük maşını toqquşub, sürücülərdən biri xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili "MAN" markalı iritonnajlı yük maşınına çırpılıb. İlkin məlumata görə, Fəxrəddin Vəliyevin idarə etdiyi "MAN" markalı iritonnajlı yuk maşını buzlu yolda hərəkətini davam etdirə bilməyib. Uzun maşın sürüşməyə başlayıb və yolda perpendikulyar dayanıb. Arxadan gələn və Əfqan Babaşovun idarə etdiyi "KamAZ" isə ona çırpılıb.
Qəza nəticəsində "MAN" markalı maşının sürücüsü Fəxrəddin Vəliyev xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
985
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
936
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1557
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1214
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2028
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2129